“Milan”ın ulduz oyunçusu “Arsenal”ın hədəfində
05.12.2024 , 13:15
“Milan”ın ulduzu Rafael Leau bir neçə klubun transfer hədəfinə düşüb.
Korner.az xəbər verir ki, bu klublardan biri “Arsenal”dır.
London klubu futbolçunu yayda heyətinə qatmağı planlaşdırsa da, Leau komandasından ayrılmağı düşünmür.
“Arsenal” yenidən hücumçu ilə danışıqlar aparacaq.