“Milan”ın sabiq futbolçusu Azərbaycan klubunda
05.01.2019 , 09:20

Cənubi Azərbaycanın “Traktor Sazi” klubu heyətini gücləndirib.
İranın yüksək dəstəsində çıxış edən Təbriz komandası İsveçrənin “Sion” klubundan ayrılan Kevin Konstantı rənglərinə bağlayıb. 31 yaşlı yarımmüfaiəçiylə 3,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Qvineya millisinin üzvü “Kyevo”, “Cenoa”, “Milan”, “Trabzonspor” və “Bolonya” kimi klublarda çıxış edib.
