“Milan”ın qapıçısı “Çelsi”nin hədəfində
04.06.2025 , 15:05

“Milan”ın qapıçısı Mayk Menyan İngiltərə klubunun hədəfinə düşüb.
Korner.az xəbər verir ki, “Çelsi” fransalı qolkiperlə yaxından maraqlanır.
Bu barədə xarici KİV məlumat yayıb.
İtaliya klubu 29 yaşlı futbolçu üçün 30 milyon avro tələb edir.
Lakin “Çelsi” bu tranafer üçün 10 milyon avro ödəmək fikrindədir.
Menyan son mövsümdə “Milan”ın heyətində 37 oyuna çıxıb, 41 qol buraxıb və 13 oyunda qapısını toxunulmaz saxlayıb.
