"Milan"ın prezidenti Adriano Qaliani PSJ-ə transfer olunan İbrahimoviçin yerinə ulduz futbolçu alacaqlarına söz verdi.
Korner.az-ın məlumatına görə, Qaliani 31-i avqusta qədər vaxtlarının olduğunu, bu vaxta qədər çempion futbolçu transfer edəcəklərini bildirib.
Qeyd edək ki, artıq futbolçunun kimliyi də məlumdur. Bu hücumçunun "Mançester Siti"li Edin Dzeko olduu yayılan xəbərlər arasındadır.