“Milan”ın müdafiəçisini istəyirlər
16.02.2025 , 15:20

“Komo” “Milan”ın müdafiəçisi Teo Hernandesi heyətinə qatmaq istəyir.
Korner.az xəbər verir ki, İtaliya klubunun baş məşqçisi fransalı futbolçu üçün 47 milyon avro təklif edilməsinə razıdır.
“Milan” transferə razı olsa da, oyunçunun özü bu keçidə müsbət baxmır.
27 yaşlı müdafiəçi bu mövsüm 33 matçda iştirak edib, 4 qol vurub və 5 məhsuldar ötürmə verib.
