“Milan”ın müdafiəçisi “Qalatasaray”ın transfer hədəfində
21.05.2025 , 16:00

“Qalatasaray” üçün sürpriz transfer iddiası gündəmə gəlib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Milan”ın müdafiəçisi Davide Kalabria ilə maraqlanır.
Bu barədə “Relevo” nəşri məlumat yayıb.
Hazırda “Bolonya”da icarə əsasında çıxış edən 28 yaşlı futbolçunun “Milan”la müqaviləsinin müddəti mövsümün sonuna kimidir.
Bu mövsüm 26 matçda meydana çıxan italiyalı oyunçu 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
Kalabriyanın hazırda dəyəri 7,5 milyon avro olaraq qiymətləndirilir.
