“Milan”ın müdafiəçisi Almaniya nəhənglərinin hədəfində
22.04.2025 , 15:00

“Milan”ın müdafiəçisi Malik Tiav Almaniya klublarının transfer hədəfinə düşüb.
Korner.az xəbər verir ki, 23 yaşlı futbolçu ilə “Bavariya” və “Bayer” klubları yaxından maraqlanır.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
“Milan” almaniyalı oyunçu üçün 30 milyon avro tələb edir. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilə qədər qüvvədədir.
