“Milan”ın forvardı Fernando Torres “Empoli” ilə matçdan sonra fikirlərini bölüşüb.
Korner.az-ın məlumatına görə, komandanın heyətində ilk qolunu vuran ispan futbolçu klubun Avrokuboklara çıxmaq üçün çalışdığını bildirib:
“Çox sevinirəm ki, komandada ilk qolumu vurdum. Əgər qələbə qazansaydıq, bu qol daha əhəmiyyətli olardı. “Empoli” kimi kollektivlərə qarşı oynamaq həmişə çətindi. Amma biz uğursuz başlanğıca yaxşı reaksiya verdik və ikinci hissədə daha yaxşı oyun nümayiş etdirdik. “Milan”ın məqsədi avrokuboklara vəsiqə qazanmaqdır. Oyundan-oyuna artırmağa davam edəcəyik”.
