"Milan" gələn mövsüm üçün heyətini gücləndirir.
Korner.az-ın məlumatına görə, Milan şəhərinin eyni adlı komandası Fransanın "Nansi" klubundan Bakaye Traoreni heyətinə cəlb edib. Futbolçu özü verdiyi açıqlamasında transferi təsdiqləyib. Və bu keçidin onun üçün xəyal olduğunu bildirib.
Qeyd edək ki, 27 yaşlı Malili futbolçu çıxdığı 20 matçda 5 qol vurmağı bacarıb.
