“Milan”ın hücumçusu Bundesliqa klubunda
30.01.2020 , 12:31

“Milan”ın hücumçusu Kriştof Pyontek karyerasını Almaniyanın “Herta” klubunda davam etdirəcək.
Bundesliqa təmsilçisi polşalı hücumçunun keçidi üçün “qırmızı-qaralar”la razılığa gəlib. Berlin klubu bu keçid üçün 27 milyon avro təzminat ödəyib. Polşa millisinin üzvü ilə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.
“Milan” 24 yaşlı futbolçunu 2019-cu ildə “Cenoa”dan 38 milyon avroya transfer etmişdi. Pyontek bu mövsüm Seriya A-da 18 oyuna 4 qol vurub.
