“Milan”ın futbolçusu sıradan çıxdı
26.09.2023 , 19:32
“Milan”ın zədəli futbolçusu Rade Kruniçin son durumu məlum olub.
Korner.az xəbər verir ki, A Seriyasının V turunun “Verona” ilə oyunundan (1:0) sıradan çıxan yarımmüdafiəçi azı bir ay oynamayacaq.
Rade Çempionlar Liqasında Dortmund “Borussiya”sı, İtaliya çempionatında isə “Kalyari” və “Latsio” ilə görüşləri buraxacaq.