“Milan”ın futbolçusu özünə klub tapdı
25.01.2019 , 12:02

İtaliyanın “Milan” klubu futbolçusu Stefan Şimiçi icarəyə verib. Çexiyalı müdafiəçi karyerasını elə A seriyasında davam etdirəcək.
O, autsayderlər qrupunda qərarlaşan “Frozinone”yə keçib. Şimiç müqavilənin sonunadək bu komandada çıxış edəcək.
24 yaşlı legioner bunadək də icarədə olub. O, əvvəl “Krotone”yə icarəyə verilmişdi.
