“Milan”ın futbolçusu “Lion”da
01.10.2020 , 17:54

“Lion” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, “aslanlar” “Milan”ın yarımmüdafiəçisi Lukas Paketanı transfer edib.
23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb. Fransa təmsilçisi braziliyalı oyunçu üçün 20 milyon avro təzminat ödəyib.
