“Milan”ın futbolçusu koronavirusdan sağaldı
20.10.2020 , 19:30

“Milan”ın futbolçusu Leo Duarte koronavirusdan sağalıb.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müdafiəçinin son testinin nəticəsi mənfi çıxıb.
Onun artıq məşqlərə başladığı bildirilib. Duarte 22 sentyabrdan karantində idi.
