Ukrayna millisinin sabiq hücumçusu Andrey Şevçenko “Milan”ın baş məşqçisi təyin oluna bilər.
Korner.az-ın məlumatına görə, bu iddianı İtaliyanın “Gazzetta dello Sport” nəşri yayıb.
Xəbərdə bildirilir ki, klub rəhbərliyi hazırkı baş məşqçi Massimiliano Alleqriyə əvəzedici qismində namizədləri nəzərdən keçirir. Siyahıda Şevçenkodan başqa, Cennaro Qattuzo, Fİlipo İnzagi, Klarens Sidorfun adı da var.
Qeyd edək ki, ukraynalı veteran futbolçu hazırda Kiyevdə məşqçilik kurslarına gedir.