“Milan”ın baş məşqçisi: “Çətin oyun olacaq”
09.05.2023 , 22:18

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində əzəli rəqibi “İnter”lə qarşılaşacaq “Milan” ev sahibliyi edəcəyi ilk oyunun hazırlıqlarını tamamlayıb.
Korner.az xəbər verir ki, oyundan öncə baş tutan mətbuat konfransında komandanın baş məşqçisi Stefano Pioli açıqlama verib:
“Çətin matç olacaq. Çünki bu, Çempionlar Liqasının yarımfinalıdır. Lakin ona hazırlaşmaq, onu yaşamaq və oynamaq da gözəldir. Məşq zamanç oyunçularıma konsentrasiyanı və əzmi, eləcə də xoşbəxtliyi çatdırmağa çalışdım. Bu oyun üçün hər şeyimizi verməliyik. Başqalarına görə, “İnter” favoritdir, amma bu oyunda görəcəyik. Biz “Tottenhem” və “Napoli”ni mübarizədən kənarlaşdırdıq, hər kəsi sıradan çıxara bilərik”, – deyə mütəxəssis bildirib.
