Uzun müddətdir ki, “Milan”ın qanalı yarımmüdafiəçisi Maykl Esyenin Afrikada geniş vüsət almış Ebola virusuna yoluxduğu barədə xəbərlər gəzir.
Korner.az-ın məlumatına görə, “Milan” bu barədə rəsmi açıqlama yayaraq məsələyə münasibət bildirib.
“Rossonyerlər” mediyada yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini açıqlayıb. Esyen özü də məsələyə münasibət bildirib:
“Sağlamam və yaxşıyam. İnternetdəki şayiələr həqiqəti əks etdirmir. Ebola ciddi xəstəlikdi. İnsanlar onunla zarafat etməməlidi. Aparılan tibbi müayinələr nəticəsində 31 yaşlı oyunçuda heç bir problem aşkarlanmayıb”.
