Yaxın keçmişin tanınmış futbolçularından olan Alessandro Kostakurta “Milian” və İtaliya yığmasının forvardı Mario Balotellini dünya səviyyəli oyunçu saymadığını açıqlayıb.
Korner.az-ın məlumatına görə, Kostakurta bunları deyib:
“Balotelli nə vaxtdan ulduz olub? Məncə o, ulduz deyil. Çalışsa yaxşı oyunçu ola bilər. Amma dünya səviyyəli futbolçuya çevriləcəyinə inanmıram. “Milan” bunu anlamalı və ümidini Marioya bağlamamalıdı”.
Xatırladaq ki, “Milan” Çempionlar Liqasının son oyununda Madrid “Atletiko”suna 1:4 hesabıyla uduzub.
