“Milan” heyətini yeni futbolçu ilə gücləndirib.
İtaliya klubu “Hamburq”un yarımmüdafiəçisi Alen Haliloviçi transfer edib. Xorvatiya millisinin üzvü bu gün tibbi müayinədən keçdikdən sonra 3 illik müqaviləyə imza atacaq.
Qeyd edək ki, 22 yaşlı futbolçu son mövsümü icarə əsasında İspaniyanın “Las Palmas” klubunda keçirib. O, La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 32 qarşılaşmada 2 qol vurub.
