“Milan”dan yeni transfer
15.07.2020 , 17:24
“Milan” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, “qırmızı-qaralar” “Sevilya”dan Simon Kyaeri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Danimarkalı futbolçu ilə 2022-ci ilin yayınadək müqavilə imzalanıb.
Kyaer yanvardan icarə əsasında “Milan”da çıxış edirdi.