“Milan”dan yeni transfer
24.01.2019 , 10:02

“Milan” “Çelsi”yə üz tutan Qonsalo İquainin boşluğunu doldurub.
“Qırmızı-qaralar” “Cenoa”dan Kşiştoş Pyonteki 35 milyon avro qarşılığında transfer edib. Polşa millisinin üzvü ilə 4,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 23 yaşlı hücumçu cari mövsüm 23 oyuna 20 qol vurub.
