“Milan”dan yeni transfer
04.02.2025 , 13:17

“Milan” heyətini daha bir futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, A seriyası təmsilçisi “Monza”dan Uorren Bondonu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı yarımmüdafiəçi ilə 2029-cu il iyun ayınadək müqavilə imzalanıb. 21 yaşlı oyunçu 2022-ci ilin yayından “Monza”da forma geyinirdi.
