“Milan”dan yeni transfer
04.08.2023 , 20:23

“Milan” “Valensiya”nın futbolçusu Yunus Musahı transfer edib.
Korner.az xəbər verir ki, amerikalı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Bu transfer üçün İtaliya təmsilçisi 25 milyon avro təzminat ödəyib.
