“Milan”dan Uoker qərarı
17.04.2025 , 22:08

“Milan” “Mançester Siti”dən icarəyə Kayl Uoker ilə bağlı qərar verib.
Korner.az xəbər verir ki, İtaliya klubu təcrübəli müdafiəçini komandasında saxlayacaq.
Bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Xəbərdə, “Milan”ın yayda oyunçunu birdəfəlik heyətinə qatacağı bildirilib.
