“Milan”dan Türkiyə klubuna?
09.01.2025 , 12:30
“Qalatasaray” yeni transfer üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, Türkiyə klubu “Milan”ın 28 yaşlı sağ cinah müdafiəçisi Davide Kalabriyanı heyətinə cəlb etmək istəyir.
Bu barədə “tuttomercatoweb” məlumat yayıb.
Yayılan xəbərə görə, Super Liqa təmsilçisi mövsümün sonunda İtaliya klubu ilə müqaviləsi bitəcək kapitan üçün transfer çalışmalarına başlayıb.
Davide Kalabria bu mövsüm “Milan”da 11 matç keçirib, 1 qol vurub.