“Milan”dan Türkiyə klubuna?
20.01.2025 , 19:39

“Qalatasaray” “Milan”ın futbolçusu Emerson Royalı transfer edə bilər.
Korner.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
İstanbul klubu 26 yaşlı müdafiəçinin keçidi ilə bağlı “Milan”la danışıq aparır.
“Qırmızı-qaralar” isə bu mövqe üçün “Mançester Siti”dən Kayl Uokeri transfer etməyə yaxındır.
