“Milan”dan “Qalatasaray”a
12.12.2024 , 12:59
“Milan”ın kapitanı Davide Kalabria yeni transfer xəbəri ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, futbolçunun karyerasını Türkiyə Super Liqasında davam etdirə biləcəyi iddia olunur.
“Qalatasaray” italiyalı sağ cinah müdafiəçisini transfer etmək istəyir.
İstanbul klubu 28 yaşlı oyunçunu yanvar ayında heyətinə qatmağı düşünür.
“Qalatasaray” onun üçün yaxın günlərdə İtaliya nəhənginə rəsmi təklif göndərəcək.