"Qalatasaray"ın baş məşqçisi Fatih Terim bir indi də, İtaliya nəhəngi "Milan"ın maraq dairəsinə düşdüyü deyilir.
Korner.az-ın Türkiyənin "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, uğursuz çıxışları ilə rəhbərliyi və azarkeşləri üzən Milan şəhərinin təmsilçisi çıxış yolunu baş məşqçinin dəyişilməsində görür. Məhz bu səbəbdən də ondan gözlənilənləri verməyən Massimiliano Allegrinin yerinə "imperator"un gətiriləcəyi deyilir. Bu məsələ bu ilin sonuna kimi olmasa da, mövsümün axırına kimi Terimin "Milan"a keçidi gözlənilir. Qəzetin iddiasına görə, "Milan"ın meneceri Adriani Galliani artıq danışıqlara başlayacaqlarını bildirib.
