“Milan” Rusiyanın ÇSKA klubunun yaponiyalı futbolçusu Keysuke Hondanın transferini bitirmək üzrədir.
Korner.az-ın məlumatına görə, İtaliya klubu Yaponiya millisinin də şərəfini qruyan futbolçunun razılığını alıb və yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanacaq.
Hondanın illik qazancı isə 2.5 milyon avro olacaq.
Qeyd edək ki, 27 yaşlı futbolçu Rusiya təmsilçisində indiyə kimi 102 matçda forma geyib və 24 qol vurub.
