“Milan” növbəti transferini həyata keçirib.
Korner.az-ın məlumatına görə, İtaliya təmsilçisi “Atalanta”nın yarımmüdafiəçisi Frank Kessieni iki mövsümlük icarəyə götürüb. Müqavilənin şərtinə görə, “qırmızı-qaralar” kot-d-ivuarlı futbolçunu birdəfəlik transfer edə bilər.
Qeyd edək ki, Kessie ötən mövsüm A seriyasında 30 oyunda 6 qol vurub, 4 qolun ötürməsini verib.
