İtaliya A Seriasının 23-cü turunda “Milan” “Sampdoriya”nı qəbul edib.
Korner.az-ın məlumatına görə, qonaqlar minimal hesabla qalib gəlib.
Matçın yeganə qolunu 70-ci dəqiqədə Luis Muriel penaltidən vurub.
Bu nəticədən sonra “Milan” 37 xalla 8-ci yerdə qərarlaşıb. “Sampdoriya” isə 30 xalla 10-cu sıradadır.
