“Milan”dan “Napoli”yə?
10.06.2025 , 22:15

“Milan”ın yarımmüdafiəçisi Yunus Musa klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, amerikalı oyunçunun xidmətində “Napoli” maraqlıdır.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Xəbərdə, klublar arasında ilkin danışıqların olduğu bildirilib.
22 yaşlı futbolçunun özü də “Napoli”yə keçməyə müsbət baxır.
