İtaliyanın “Milan” klubu ilk transferini reallaşdırıb.
Korner.az-ın məlumatına görə, “qırmızı-qaralar” “Sampdoriya”dan Andrea Polini heyətinə qatıb.
“Trevizo”, “İnter” və “Sassuolo” kimi klubların formasını geyinən Poli bu gün “Milan”la müqavilə imzalayacaq.
Qeyd edək ki, Poli arxada cari mövsümdə “Sampdoriya” forması altında 31 oyunda meydanda olub və 3 qol vurub. O, 2013-cü ilin mayın 31-də İtaliya millisində ilk qolunu rəqib qapısından keçirib.