“Milan”dan “Fiorentina”ya
11.09.2020 , 16:22
“Fiorentina” heyətini yeni oyunçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, A Seriyası təmsilçisi “Milan”dan ayrılan Cakomo Bonaventuranı transfer edib. Futbolçu ilə iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, İtaliya millisinin üzvü 2014-cü ildən “Milan”da çıxış edirdi.