“Milan”dan çinli azarkeşlərinə maska yardımı
11.04.2020 , 19:51

İtaliyanın “Milan” klubu koronavirusla mübarizəyə kömək etmək məqsədiylə 600 min avroya yaxın ianə toplayıb.
Korner.az xəbər verir ki, bu barədə “qırmızı-qaralar”ın rəsmi saytı məlumat yayıb.
“Milan” rəhbərliyi koronavirusla mübarizə çərçivəsində çinli azarkeşlərə 16 min maska paylayıb.
