“Milan”dan ayrılmayacaq – Özü açıqladı
27.01.2025 , 12:25

“Milan”ın futbolçusu Starxinya Pavloviç “Parma”ya 3:2 hesabı hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlama verib.
Korner.az xəbər verir ki, serbiyalı müdafiəçi komandadakı gələcəyi ilə bağlı verilən suala “Milan”dan ayrılmaq istəmədiyini bildirib:
“10 oyundur oynamıram. Bununla bağlı mətbuatda çoxlu söz-söhbətlər yayılıb. Mənim klubdan ayrıldığımı düşünüblər. Amma mən burdayam və “Milan”da qalmaq istəyirəm”.
Cari mövsüm İtaliya klubunun heyətində 16 matçda meydana çıxan 23 yaşlı futbolçu 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
Hazırkı bazar dəyəri 17 milyon avro olaraq göstərilən Pavloviçin Milan təmsilçisi ilə 2028-ci ilə qədər müqaviləsi var.
