İtaliya A Seriasında mübarizə aparan “Milan” klubu “Real”ın 2 futbolçusunu heyətinə qatmaq istəyir.
Korner.az-ın məlumatına görə, bu haqda “AS” xəbər yayıb.
Çin şirkəti olan “Sino-Europe Changxing Sports” tərəfindən satın alınan İtaliya təmsilçisi İsko və Morata üçün 150 milyon avrosundan keçməyə hazırdı.
Əgər bu transferlər reallaşmasa, o zaman “qırmızı-qaralılar” Aquero və Aleksis Sançes üçün danışıqlara başlayacaqlar.
