“Milan” müdafiəçi Mattia De Şilyo ciddi zədə alıb.
Korner.az-ın məlumatına görə, “Sassuolo” ilə (2:1) kubok oyunundan sonra futbolçuda pəncə fassiti aşkar edilib.
Beləliklə də, 22 yaşlı futbolçunun sağalması üçün 6 həftəyə qədər vaxt lazım ola bilər.
Həmçinin Kristian Sapata da xəsarət alıb. Onun da kiçik sümüklərindən biri qırılıb. Bu müalicəyə də təqribən 6 həftəyə yaxın vaxt gedir.
