“Milan”da yeni müqavilə
05.02.2022 , 13:47
“Milan” futbolçusu Matteo Qabbiya ilə müqaviləni yeniləyib.
Korner.az xəbər verir ki, 22 yaşlı müdafiəçi ilə 2026-cı ilin yayına qədər müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, “Milan”ın yetirməsi olan italyan futbolçu 2017-ci ildən əsas komandada çıxış edir.