“Milan”da yeni müqavilə
04.01.2024 , 12:21
“Milan”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, klub qapıçısı Lapo Nava ilə sözləşmənin müddətini uzadıb.
Klubun yaydığı xəbərdə, 19 yaşlı qolkiperin müqaviləsinin 2027-ci ilin yayına qədər yeniləndiyi diqqətə çatdırılıb.
Nava “Milan”ın yetirməsidir.