“Milan”da yeni müqavilə
16.12.2025 , 09:45
“Milan” belçikalı yarımmüdafiəçi Aleksis Salemakerslə yeni müqavilə bağlayıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, tərəflər arasında müddəti 2031-ci ilin iyununa qədər olan sözləşmə imzalanıb.
Qeyd edək ki, 26 yaşlı futbolçunun əvvəlki kontraktı 2027-ci ilin yayına qədər idi. Salemakers 2020-ci ildən etibarən “rossoneri”nin formasını geyinir. O, bu mövsüm “Milan”ın heyətində keçirdiyi 18 oyunda 2 dəfə fərqlənib və 4 qolun ötürməsini verib.