“Milan”da yeni müqavilə
02.12.2025 , 10:30
“Milan” klubu texniki tərəfdaşlarından biri olan “Technogym” şirkəti ilə əməkdaşlığın müddətinin uzadıldığını açıqlayıb.
Korner.az xəbər verir ki, söhbət komandanın fiziki hazırlığında istifadə olunan müxtəlif idman və məşq avadanlıqlarını təmin edən şirkətdən gedir.
İtaliya nəhəngi ilə “Technogym” arasında əməkdaşlıq 1980-ci illərə təsadüf edir. Şirkət xüsusilə 1990-cı illərin ortalarında, Formula-1 üzrə Benetton komandasına və məşhur pilot Mixael Şumaxerə dəstək göstərdikdən sonra dünya miqyasında daha böyük tanınma qazanıb.
Həmin illərdə – xüsusilə 1994-cü ildə – “Milan” Çempionlar Liqasının finalında “Barselona” üzərində 4:0 hesablı möhtəşəm qələbə əldə etmiş, eyni vaxtda Şumaxer Formula-1 yarışlarında zirvədə yer almışdı.
Hazırda isə “Milan” A Seriyasında turnir cədvəlinə liderlik edir.