“Milan”da yeni müqavilə
04.03.2025 , 09:00

“Milan”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, Milan təmsilçisi yarımmüdafiəçisi Tayani Reynderslə sözləşməni yeniləyib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçunun müqaviləsi 2030-cu ilin iyununa kimi uzadılıb.
Niderlandlı oyunçunun maaşı 1.7 milyon avrodan 3.5 milyon avroya qədər artırılıb.
