“Milan”da yeni müqavilə
18.02.2025 , 19:46

“Milan” futbolçusu Ticani Reynderslə yeni müqavilə imzalamağa hazırlaşır.
Korner.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
26 yaşlı yarımmüdafiəçi ilə artıq şifahi razılıq da əldə olunub.
Niderladnlı oyunçu ilə imzalanacaq yeni sözləşmə 2030-cu ilin yayına qədər olacaq.
