“Milan”da xoşbəxt sonluq
18.07.2024 , 11:30
“Milan” Alvaro Moratanı heyətinə qatıb.
Korner.az xəbər verir ki, İtaliya nəhəngi futbolçu ilə 4 illik müqavilə imzalayacaq.
Klub oyunçu üçün 13 milyon avro təzminat məbləği ödəməyə hazırdır.
Ulduz oyunçunun “Atletiko” ilə hazırkı müqaviləsi 2026-cı ilə qədərdir.