“Milan”da qalmayacaq
14.03.2025 , 22:30

“Milan” Joao Felikslə bağlı qərar verib.
Korner.az xəbər verir ki, İtaliya klubu portuqaliyalı hücumçunu komandada saxlamayacaq.
Mövsümün sonunda müqavilə müddəti başa çatan 25 yaşlı oyunçu “Çelsi”yə qayıdacaq.
Futbolçu bu mövsüm “Milan” forması ilə 29 oyuna çıxıb, 8 qol vurub, 3 məhsuldar ötürməyə imza atıb.
