İtaliya yığmasını keçmiş futbolçusu Filippo İnzaginin baş məşqçiliyi altında uğursuz mövsüm keçirən “Milan” hazırda turnir cədvəlinin 10-cu pilləsində qərar tutur.
Korner.az-ın məlumatına görə, İtaliya A seriyasının 32-ci turunda “Udineze”yə 2:1 hesablı məğlubiyyətdən sonra milanlıların düşərgəsində qalmaqal baş verib.
Oyundan sonra baş məşqçi klubun vitse-prezidenti Adriano Qallianiylə telefon açaraq “Bu futbolçular “Milan”ın formasını geyməyə layiq deyillər” söyləyib. İnzaginin klub rəhbərliyi ilə söhbətini avtobusda eşidən futbolçulardan bir neçəsi baş məşqçiyə belə cavab verib:
“Əslində, sən “Milan”ın baş məşqçi postuna layiq deyilsən”.
