“Milan”da qalır
11.04.2025 , 23:50

“Milan” futbolçusu Reynders ilə yeni müqavilə imzalayıb.
Korner.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Xəbərdə, hollandiyalı oyunçu ilə müddəti 2030-cu ilə qədər nəzərdə tutulan sözləşmənin imzalandığı diqqətə çatdırılıb.
Reynders bu mövsüm İtaliya klubunun heyətində 45 oyun keçirib, 13 qol vurub və 4 məhsuldar ötürmə verib.
