“Milan”da olmadı, bəlkə “Qalatasaray”da…
31.07.2018 , 16:25

“Milan”da ümidləri doğrultmayan Andre Silva “Qalatasaray”a icarəyə verilə bilər
“Cim-bom” Silva üçün “Milan”a heç bir məbləğ ödəməyəcək.
Andre Silvanın komandadan gedişi “Yuventus”un hücumçusu Qonzalo İquainin “Milan”a gəlişi ilə əlaqələndirilir.
Qeyd edək ki, Silva 2017-ci ildə “Portu”dan “Milan”a keçib. O, “rassonyerlər”in heyətində 24 oyun keçirib və 2 qol vurub.
