İtaliya mətbuatında “Milan”ın satıldığına dair iddialar yayılmağa başlayıb.
Korner.az-ın məlumatına görə, məlumatlarda klub prezidenti Silvio Berluskoninin səhmlərin 75 faizinin çinlilərə satdığı bildirilir.
Artıq satış barədə razılıq əldə olunduğu açıqlanıb. Berluskoni məsələ barəsində bunları deyib:
“Satınalma barədə razılıq əldə olunub. Lakin hər şeyin rəsmiləşdirilməsi üçün bir neçə aya ehtiyac var. Qızım Barbara “Milan”ın idarə heyətinin sədri olaraq vəzifəsində qalacaq”.
